VIII Respublika Robot Olimpiadası uğurla başa çatdı

26–28 sentyabr 2025-ci il tarixlərində Milli Gimnastika Arenasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə VIII Respublika Robot Olimpiadası keçirilmişdir.

Üç gün davam edən Olimpiadada ölkənin 20-dən çox şəhər və rayonundan yüzlərlə yeniyetmə və gənc “Robomission”, “Robosports”, “Future Innovators”“Future Engineers” kateqoriyalarında mübarizə aparmışdır.

Olimpiadada iştirak etmək üçün 4 istiqamət üzrə, 3 yaş kateqoriyasında (elementary 8–12 yaş, junior 13–15 yaş, senior 16–19 yaş) 252 komanda (695 iştirakçı) qeydiyyatdan keçmişdir. Komandaların hazırlıq səviyyəsinin öyrənilməsi məqsədilə iştirakçılar tərəfindən göndərilmiş təqdimatlara əsasən 153 komanda final mərhələsində iştirak hüququ qazanmışdır:

  • Future Innovators – 70 komanda
  • Future Engineers – 27 komanda
  • Robosports – 8 komanda
  • Robomission – 48 komanda

Bu yarışlar çərçivəsində iştirakçılar robot texnologiyaları üzrə bilik və bacarıqlarını nümayiş etdirdilər, innovativ ideyalar təqdim etdilər və komanda ruhunu ortaya qoydular. Gərgin rəqabət şəraitində keçirilən Olimpiadada ən güclü komandalar öz bacarıqları ilə seçilərək qalib oldular.


📌 VIII Respublika Robot Olimpiadasının qalibləri

⏩ Kateqoriya - Future Engineers
  • I Yer - Voltivarius komandası
    Eyyub Şenal, Əhməd Qəmbərli, Melisa Yıldız
    Bakı Türk Anadolu Liseyi
  • II Yer - Union komandası
    Abdullah Bəşirov, Murad Mehdi, Cəmil Hacızadə
    283 tam orta məktəb
  • III Yer - NEDrobotics komandası
    Nicat Vəliyev, Elnur Məmmədov, Davud Məmmədov
    Texniki-humanitar lisey Mingəçevir, Təbiət-Riyaziyyat humanitar lisey Mingəçevir, Qarabağ Universiteti

⏩ Kateqoriya - Robosports
  • I Yer - Heirs of East komandası
    Tayfun İmanlı, Amin Əlizadə, Murad Kərimov
    Naxçıvan STEAM mərkəzi
  • II Yer - SuccessBall komandası
    Ömər Şərifzadə, Sənur İsmayılov, Davud Seyidnurlu
    Bakı şəhəri Yasamal rayonu 53 nömrəli tam orta məktəb, Sumqayıt 21 N tam orta məktəb, Zirvə liseyi
  • III Yer - ElMatador komandası
    İlham Şabanzadə, Kənan Sadıqov, Əli Hüseyn

⏩ Kateqoriya - #Future Innovators Elementary
  • I Yer – TripleForce komandası
    Murad Yusifzadə, Xədicə Qurbanova, Nicat Məmmədov
    252, 260, 248 nömrəli tam orta məktəblər
  • II Yer – FAZZİ komandası
    Polad Fərəməzli, Rəsul Mürsəlov, Amir Əhmədov
    Samux rayon Sərkar kənd Nizami Gəncəvi adına məktəb, Gəncə Dünya məktəbi
  • III Yer – CircuitStorm komandası
    Mahir Həsənli, Cavid Quluzadə, Tavat Rzayeva
    Laçın 7 nömrəli məktəb, 54 nömrəli orta məktəb
⏩ Kateqoriya - #Future Innovators Junior
  • I Yer – Lavanda komandası
    Nigar Məmmədova, Nailə Aslanova, Əhməd Osmanlı
    Zərifə Əliyeva liseyi, Sıxəli Qurbanov məktəbi
  • II Yer – Qartal komandası
    Naim Əhməd, Ziyafət Zeynalov
    T. İsmayılov adına 6 saylı məktəb-lisey, Azerbaijan British College (ABC)
  • III Yer – Friends komandası
    Ammar Nurməmmədov, Emin Hüseynzadə, Vaqif Mürşüdlü
⏩ Kateqoriya - #Future Innovators Senior
  • I Yer – DeepSense komandası
    Rəsul Sadiqli, Amil Abdullazadə, Tahirə Bəylərova
    Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti
  • II Yer – Atəşgah BHOS komandası
    Emil Abdullayev, Seymur Əliyev
    Bakı Ali Neft Məktəbi
  • III Yer – EarthAlert komandası
    Aydın Abasov, Dəniz Vəlizadə
    291 №-li Ekologiya liseyi, ADA Universiteti

⏩ Kateqoriya - #Robomission Elementary
  • I Yer – nəticələr ləğv edilmişdir
  • II Yer – GearUp komandası
    Nəriman Məmmədli, Cahid Rəsulzadə, Cəlal Şiriyev
    83 nömrəli məktəb-lisey
  • III Yer – Robostars komandası
    Kənan Şirinzadə, Saleh Nurəliyev, Mehdi Əbilov
    275 və 6 nömrəli məktəb-liseylər
⏩ Kateqoriya - #Robomission Junior
  • I Yer – nəticələr ləğv edilmişdir
  • II Yer – Robomaster Juniors komandası
    Camal Əsgərov, Vaqif Qasımlı
    İlyas Əfəndiyev Elitar Gimnaziya, Tərəqqi Texniki Humanitar Lisey, Məktəb-Lisey Kompleksi (MLK)
  • III Yer – nəticələr ləğv edilmişdir
⏩ Kateqoriya - #Robomission Senior
  • I Yer – Intel9 komandası
    Rəsul Qafarzadə, İsrafil Cəfərli, Hüseyn Rəhimov
    Saray qəsəbə 1 nömrəli məktəb, Xırdalan 2 nömrəli məktəb, Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya
  • II Yer – Şirvan komandası
    Məhəmməd Məmmədov, Fateh Rəhimov, Kamal Həsənli
    Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti
  • III Yer – ARAS komandası
    Saday Tağıyev, Aişə Abbaslı, Nərgiz Tosun
    Bakı Türk Anadolu Liseyi