Milli komandamız Finala hazırlaşır!
Robotexnika üzrə Azərbaycan Milli komandası 2024 Dünya Final hazırlıqları və həftəlik hesabat təlim məşq toplanışını Binəqədi Gənclər evində davam etdirir. Ümumilikdə 8 komandadan ibarət olan milli komandanın hazılıqları Bakı , Sumqayıt , Naxçıvan MR və Zaqatala şəhərində davam edir. Qeyd edək ki, 2024-ci il Dünya finalı 28-30 Noyabr tarixlərində qardaş ölkə Türkiyənin İzmir şəhərində keçiriləcək. Milli komandamıza uğurlar arzu edirik.
