Dünya Robot Olimpiadasinin Azərbaycan Üzrə Seçmə Mərhələsi Olan V Robot Olimpiadasi Keçirilir
Sentyabrın 24-25-də Dünya Robot Olimpiadasının (WRO) Azərbaycan üzrə seçmə mərhələsi olan V Robot Olimpiadası keçirilir. Olimpiada Gənclər və İdman Nazirliyi tərəfindən Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) dəstəyi ilə təşkil edilir.
Qalib gələn komandalar 17-19 noyabr 2022-ci il tarixlərdə Almaniyanın Dortmund şəhərində keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər. Bu il seçmə mərhələyə respublikanın 12 şəhər və rayonundan 120-dən çox komanda, 400-dək yeniyetmə və gənc qatılıb.
Dünya Robot Olimpiadasının 2022-ci il üçün mövzusu “Mənim Robotum Mənim Dostum” adlanır. 8-19 yaş arasında olan yeniyetmə və gənclər aşağıdakı kateqoriyalar üzrə mübarizə aparırlar:
🔹 RoboMission – iştirakçılar 3 yaş qrupu üzrə WRO tərəfindən qoyulan məsələni (missiyanı) həll etməyə çalışırlar;
🔹 Future İnnovators - iştirakçıların müxtəlif mövzulara həsr olunmuş innovativ ideyaları və robotik layihələri sərgilənəcək.
